Maqazin 18:31 13.05.2018

Murad Arif: İTV-də torbamı pambıqla tikdilər

"İsrailin mahnısı martın 12-si "Youtuba” yüklənildi. Klipə baxan kimi birinci olacağını yazmışam. Digər mahnıları dinləməmişdim. Sizcə, 1 adam hər il qalibi düzgün tapırsa, buna nə ad vermək olar?"

Qaynarinfo xəbər verir ki, bunu bəstəkar-müğənni Murad Arif sosial media hesabında yazıb. O, ölkədə bir nömrəli "Eurovision” mütəxəssisi olduğunu deyib:

"Çoxu gözəl bilir ki, Azərbaycanda 1 nömrəli "Eurovision” mütəxəssisi Murad Arifdir. Amma, mənim İTV-də "Eurovision” tok-şoularında iştirakımı əngəlliyirlər. Bu adamlarda bu qorxunun səbəbi nədir? Halbuki, bu müsabiqənin ilk şərhçisi, ilk verilişlərini hazırlayanı, işlətdiyiniz "Avroviziya" kəlməsinin müəllifi də mənəm. Zamanında o layihədən torbamı pambıqla tikdilər. Nə isə... Bu ölkədə mütəxəssislər, işi, janrı, təhlili bilən adamlar heç kəsə lazım deyil, sanki...”