Maqazin 11:03 18.07.2017

Murad Arif: "Turistlərin rahatlığı üçün "seks-turizmə" də başladıq?"

“Kəlmələrin gücü olmalıdır. Sözün kəsərini qorumaq lazımdır. Əslində "mentalitet" gözəl ifadədir, ta ki ondan pərdə kimi istifadə edənədək, o sözün şitini çıxardanadək”.

"Qaynarinfo"nun axşam.az-a istinadən məlumatına görə, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkə hesabında yazıb.

Sənətçi mentalitetdən bəhs edib:

“O qədər normal sayılacaq şeyləri - məsələn ər-arvadın əl-ələ tutub gəzməyini, uşağın yanında yoldaşına sevgini bildirməyi, müğənni bəylərin saç boyamasını, boşanmış qızlarımızın ikinci dəfə ailə qurmağını, cavan uşaqların yayda şortik geyinməyini mentalitetə sığışdırmadınız ki, əsl dəyərlərdən, ərəblərin quş ovundan fikrinizi yayındırdınız.

Azərbaycanlılar torpaq qarışıq çox şeyi itirdi. Turistlərin rahatlığı üçün küçələrimizdə "seks-turizmə" də başladıq?

Onsuz da dünya ictimaiyyətinin gözündə “işğal olunmuş” (burada başqa kəlmələr də yer ala bilərdi, amma milli mətbuat mövzunu dəyişə bilər deyə, işlətmədim) gündəyik. Bundan sonra” Martirosyanların” Rusiya kanallarında Bakını "rahat sex" şəhərlərinə bənzədib vedrə qoşmaqları qalıb.

Dəyər axtarıram ki, bizi özümüzə gətirsin”.

Qaynarinfo.Az