Maqazin 18:28 07.11.2019

Murad Dadaşov: "Maşın" şou bitdi"

Xalq artisti Murad Dadaşov "Maşın" realiti-şousunun artıq bitdiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, şoumen bu haqda "MTV Azərbaycan"a müsahibəsində deyib.

"Maşın"ın tarixi bitdi. Mənim üçün geridə qalmış bir layihədir. Yeni layihələrə başlayıram. İnanmıram yaxın zamanlara qədər bu şou yenidən olsun. "Maşın" bitdi.

Yeni işlərə, nəfəsə ehtiyac var. 2020-ci ilin layihələrini gündəmə gətirəcəyik. Hətta onlardan birində aparıcı da olacam" deyə, Dadaşov söyləyib.