Maqazin 09:54 07.07.2018

Murat Boz Bakıya gəlir (FOTO)

Məşhur türkiyəli Murat Boz müğənni Bakıya gəlir.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, sənətçi dekabr ayının 21-də paytaxtımızda konsert proqramı ilə çıxış edəcək.

Konsertin məkanı isə 3500 nəfərlik tutumu olan Bakı Konqres Zalıdır.

"Sultansoy” prodakşnın təşkilatçılığı ilə baş tutması planlaşdırılan konsertə biletlərin qiyməti isə hələlik məlum deyil.

Qeyd edək ki, indiyədək Bakı Konqres Zalında Əməkdar artist Röya Ayxan və türkiyəli ifaçı Kenan Doğulunun konserti baş tutub.