Siyasət 13:37 21.10.2017

«Müsavat» Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verəcək.

"Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, bunu partiyanın başqanı Arif Hacılı deyib.

O bildirib ki, buna səbəb BŞİH-in Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşə razılıq verməməsidir. 

Qeyd edək ki, icra hakimiyyəti yürüşün göstərilən yerlərdə-"Elmlər Akademiyası" və "Azadlıq prospekti" metrostansiyalarının yaxınlığında deyil, Yasamal rayonundakı keçmiş "Məhsul" stadionunda keçirilməsini təklif edib.

Qaynarinfo.Az