Siyasət 20:47 05.04.2013

Müsavat təcili toplantı keçirəcək

Müsavat partiyası təcili toplantı çağırıb. 

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, sabah - aprelin 6-da Müsavat Partiyası Məclisinin toplantısı keçiriləcək.

Məclis toplantısı saat 11:00-da başlayacaq.

Toplantıda iştirak etmək üçün mətbuat nümayəndələri də dəvətlidir.

Qaynar.info