Ölkə 11:05 10.05.2013

Müsavatın Xaçmazdakı sədrinə 10 sutka həbs - YENİLƏNİB

Bu gün Müsavat Partiyasının Xaçmaz rayon təşkilatının sədri Heybət Əmraha 10 sutka həbs cəzası verilib. 

“Qafqazinfo”nun məlumatına görə, bu barədə müsavatçı gənclər Facebook hesablarında yazıblar. Partiyanın rayon təşkilatının sədri səhər saatlarında rayon məhkəməsinə gətirilib. 

Məhkəmə Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Heybət Əmraha 10 sutka hökm oxuyub.

***

Həmçinin Xaçmaz rayon təşkilatının keçmiş sədri Ramazan Əliyevin qardaşı Fikrət Əliyev də rayon məhkəməsinə gətirilib.F.Əliyev isə hadisə baş verərkən mağazadan evə getdiyini bildirdi: “Mən təsadüfən hadisənin şahidi olmuşam. Buna görə məni həbs etmək düzgün deyil”.

0 sutka həbs cəzası alaraq məhkəmədən çıxan F.Əliyev də polis maşınına mindirilərkən reportyorlarımıza deyib ki, ona heç bir günahı olmadan həbs veriblər və üzünə adam durdurublar: "Guya aksiyada iştirak etmişəm".

***

Son xəbərə görə, daha iki nəfərə - Ələddin Rzayev və Nüsrət Qarayevə də 10 sutkalıq inzibati həbs cəzası verilib. Onlar sıravi vətəndaşlardır./musavat.com/