Maqazin 18:51 01.02.2015

Müsəlman aktrisanın çılpaq görüntüləri ölkəni qarışdırdı - FOTOLAR

Hindistanın məşhur aktrisası Vina Malikin çılpaq fotoları ölkəni qarışdırıb. Anspress-in məlumatına görə, "FHM India" jurnalına çılpaq və yarıçılpaq poza verən aktrisanın fotoları böyük qalmaqala səbəb olub.

Qalmaqalın səbəbi Vina Malikin çılpaq şəkilləri yox, qolunda İSİ yazısıdır. Pakistanın kəşfiyyat və əks-kəşfiyyat xidmətinə məxsus İSİ yazısı Hindistanda yaşayan müsəlman aktrisanı çətin vəziyyətə salıb.

Aktrisa fotolara görə üzr istəsə də, qalmaqal səngimir. Hindistanlılar onu satqın və Pakistanın xeyrinə işləyən cəsus adlandırırlar. Məsələ o dərəcədə böyüyüb ki, hökumət işə əl qoyub. Hətta bəzi mənbələr Vina Malikin sorğu-sual olunduğunu da yazır.

Qaynar.info