Braziliyada keçirilən DÇ-2014-də komandasında uğurlu çıxışı ilə fərqlənən Əlcəzair millisinin futbolçusu Slimani etdiyi hərəkətlə də fərqlənməyi bacarıb.ANS PRESS-in məlumatına görə, Əlcəzair yığmasının hücumçusu İslam Slimani ərəb iş adamları və sənətçilərinin vermək istədiyi mükafatı Fələstinə göndərmələrini istəyib.
"Qəzzanın bu köməyə daha çox ehtiyacı var" - deyə, Slimani iş adamlarının verdiyi mükafatı rədd edib.
Slimani ölkə qəzetlərindən birinə verdiyi açıqlamada, özünün və digər futbolçu yoldaşlarının pula ehtiyacı olmadığını, lakin Qəzzadakıların o pula da çox ehtiyacı olduğunu vurğulayıb.
Qeyd edək ki, ərəb iş adamları və sənətçiləri DÇ-2014-də futbolçuların atdığı hər qola görə pul mükafatı və son model avtomobil hədiyyə edəcəklərini açıqlayıblar.
Qaynar.info
Şərhlər