Dünya 10:09 20.07.2013

“Müsəlman qardaşlar”ın liderləri ciddi rejimli təcridxanaya köçürüldü

Misirin penitensiar  idarəsi bir müddət əvvəl saxlanılan “Müsəlman qardaşlar” hərəkatının liderlərini “Tora” həbsxanasından “Əl-Əqrəb” adlanan “992” ciddi rejimli təcridxanasına köçürülməsinə dair qərar verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  islamçıların ciddi rejimli təcridxanaya köçürülməsi barədə göstərişi Misirin daxili işlər naziri Məhəmməd İbrahim mətbuatda hərəkat liderlərinin həbsxanada müxtəlif görüşlər keçirməsi və qaçış planlaşdırması barədə xəbərlərin yayıldıqdan sonra verib.

Xəbərə görə, “Əl-Əqrəb”  ciddi rejimli təcridxanaya “Müsəlman qardaşlar” hərəkatının siyasi qolunun lideri Məhəmməd Səəd əl-Katatni, onun müavinləri Heyrət əş-Şatır və Rəşad əl-Bəyumi, “qardaşlar”ın keçmiş rəhbəri Məhəmməd Mehdi Akıf, səlafilərin lideri Xazem Əbu İsmayıl, islamçı və keçmiş deputat Məhəmməd əl-Omda, “Müsəlman qardaşlar” rəhbərliyinin nümayəndəsi Helmi əl-Qəzzar, hərəkatın vəkili Abdel Monem Maqsud, islamçı Əhməd Ərəfə köçürülüb.

Qaynar.info