Dünya 19:09 11.09.2019

"Müsəlman Qardaşlar"ın liderlərinə ömürlük həbs cəzası

Misirdə Müsəlman Qardaşlar təşkilatının rəhbər şəxslərinə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, təşkilatın ali rəhbəri Məhəmməd Bədiənin də daxil olduğu 11 şəxs barədə ömürlük həbs cəzası verilib. Həmin şəxslər Həmas üçün casusluq etmək, ölkənin milli sirlərini aşkara çıxartmaq, ölkə torpaqlarında hücum məqsədilə xarici terror təşkilatları ilə əməkdaşlıq etməkdə günahkar biliniblər. 

Qeyd edək ki, ittiham edilənlər arasında ölkənin demokratik yolla seçilmiş ilk prezidenti, 2013-cü ildə hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılmış Məhəmməd Mursi də var idi. M.Mursi 17 iyunda məhkəmə prosesi zamanı həyatını itirdiyi üçün adı şübhəlilər siyahısından çıxarılıb.

Misir qanunlarına görə, ömürlük həbs 25 ilə bərabərdir.

Gülşən