Dünya 12:36 16.11.2013

Müsəlmanlar təhqir etdilər -QALMAQAL

Almaniyada məscidin ərazisinə donuz başları və donuz qanı töküblər

Dünya  Almaniyada müsəlmanlar təhqir olunub. Ans Press-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Almaniyanın Leypsiq şəhərində tikiləcək məscid ərazisində taxta saplarına keçirilmiş donuz başları atılıb və litrlərlə donuz qanı tökülüb. “Bild” qəzetində yazılan xəbərə görə, yanğın xəbəri alan yanğınsöndürənlər, Gohlis bölgəsində Pakistan mərkəzi tərəfindən tikiləcək yeni məscidin ərazisinə gəlib.

Burada aparılan yoxlama işləri zamanı zibil qutularının içində od qalandığı və əraziyə taxta saplarına keçirilmiş donuz başlarının atıldığı görüldü. Hadisə ilə əlaqədar, Leypsiq polisi hadisə ilə əlaqədar istintaq aparır.

Polisin mətbuat katibi Uve Voigt məscid ərazisində şəxsiyyəti hələ ki, məlum olmayan bir nəfər taxtalara batırılmış donuz başları tapdıqlarını və əraziyə çoxlu miqdarda qanı töküldüyünü videoya çəkib. Voight hadisənin xaricilərə qarşı düşmənçiliyi olan bir nəfərin etdiyini ehtimal edir.

Qeyd edək ki, Gohlis bölgəsində 2 minarəli məscid tikmək planlaşdırılır.

Qaynar.info