Ekonomiks 18:00 27.10.2014

Müsəlmanlar üçün mobil telefon yaradıldı

Rusiyada ilk dəfə olaraq müsəlmanlar üçün nəzərdə tutulmuş BQ İstanbul telefonu yaradılıb.

RİA Novosti xəbər verir ki, qiymətinə görə çox da baha olmayan bu telefon noyabrın sonunda satışa çıxacaq. Telefonun əsas xüsusiyyətləri ondadır ki, qurğu öz sahibini hər namaz vaxtı siqnal vasitəsilə oyadacaq və Quranın istənilən ayəsini həm rus, həm ərəb dilində oxuya biləcək.

Rusiyanın Müsəlman Qadınlar İttifaqının sədri Nailə Ziqanşina hesab edir ki, yeni qurğu Rusiyada xeyli populyarlıq qazanacaq.

Telefonun yaddaşında Quran kitabının bütün surələri müxtəlif tərcümə versiyaları üzrə yerləşdirilib. Rahat menyu tez bir zamanda surələri tapmağa və ya dəyişməyə imkan verir.

Ən əsas və vacib cəhətlərdən biri də “namaz zəngli saatının” olmasıdır. Belə ki, yerləşdiyi məkanı müəyyənləşdirən telefon, sahibini namazın vaxtından agah edərək vacib ayini yerinə yetirməyə çağırır.

İstehsalçı şirkətdən bildirilib ki, qurğunun daha əlçatan olmağını təmin etmək üçün qiymət çox aşağı olacaq və istənilən müsəlman onu əldə edə biləcək. (Ölkə.az)

Qaynar.info