Dünya 10:40 15.06.2018

Müsəlmanların ən çox olduğu ölkədə güclü zəlzələ olub

Dünyada müsəlmanların ən çox olduğu İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Meteorologiya, İqlim Və Geofizika İnstitutu məlumat yayıb.

Zəlzələ Papua əyalətinin Sarmi bölgəsi yaxınlığında, yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Təbii fəlakət nəticəsində zərərçəkənlərin olub-olmaması ilə bağlı heç bir məlumat verilməyib.

Zəlzələnin ardından sunami xəbərdarlığı edilib.