Dünya 17:00 18.12.2018

Müştəri qumbaraatanını taksidə unudub getdi

Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhərində müştəri qumbaraatanını taksidə unudub.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Naziliyi məlumat yayıb.
 
Məlumatda bildirilir ki, arxa oturacaqda RPG-22 silahını tapan taksi sürücüsü bu haqda polisə məlumat verib. Araşdırma zamanı qumbaraatanın taksidə qoyan şəxsin kimliyi müəyyənləşib. Məlum olub ki, o, 50 yaşlı yerli sakindir. 
 
Silahın daha öncə istifadə edildiyi də ortaya çıxıb.
 
Ələ keçirilən qumbaraatan araşdırmaya göndərilib.