Siyasət 18:49 22.05.2013

Müxalifət mitinq qərarı verdi

Bu gün İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirilib.

Məlumata görə, yığıncaqda ölkədəki ictimai-siyasi durum və cari məsələlər müzakirə olunub.

Xalq Cümhuriyyətin 95 illiyi ilə bağlı mayın 28-də Novxanıda mitinqin keçirilməsi qərara alınıb.

KŞ-ın toplamntısında həmçinin  “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulması, “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın hədələnməsi və hüquq-mühafizə orqanlarının bununla bağlı müraciətlərə cavab verməməsi və RATİ-nin əməkdaşı Vəfa Nağının döyülməsi kəskin şəkildə pislənilib, bütün bunlar söz azadlığına basqı kimi qiymətləndirilib.

Qaynar.info