Siyasət 18:48 30.04.2013

Müxalifət partiyasından qəzəbli bəyanat

KXCP hakimiyyətdən qanunsuz həslərə son verməyi tələb edir

Bu gün Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Qaynar.info-ya daxil olan məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub, məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Bundan başqa, partiyanın İdarə Heyyəti ölkədəki siyasi vəziyyətlə bağlı bəyanat verib. Bəyanatda KXCP İdarə Heyəti İsmayıllı hadisələri ilə bağlı açılmış cinayət işində Tofiq Yaqublu və digərlərinə qarşı əlavə ittihamlar irəli sürülməsini qətiyyətlə pisləyib. 

İclasda bu cür addımların əsassız və əsla yolverilməz olduğu ifadə edilib. İH belə cılız fəaliyyəti hakimiyyətin seçki “taktikası” kimi qiymətləndirib. 

KXCP – ölkədəki qanunsuz həbsləri şiddətlə qınayır və iqtidardan qanunsuz olaraq həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edib. 

Qaynar.info