Dünya 10:49 07.08.2013

Müxalifətçi ailəsinin gözü qarşısında güllələndi

Venesuelanın Barinas ştatında tanınmış müxalifət siyasətçisi Pablo Uskateqi ailəsinin gözü qarşısında qətlə yetirilib. 

APA-nın verdiyi xəbərə görə, siyasətçi oğlu ilə avtomobildə gedərkən maşını işıqforda saxlayıb. Bu an motosikletdə olan naməlum şəxs avtomobilə yaxınlaşaraq, tapançadan bir neçə dəfə atəş açıb və hadisə yerindən dərhal uzaqlaşıb. Siyasətçinin olduğu avtomobilin yanında duran ikinci avtomobildə isə onun həyat yoldaşı və iki uşağı olub.       

İstintaqın versiyasına görə, qətl qisas məqsədi ilə törədilib.

Pablo Uskateqi Barinas müxalif Demokratik Birlik Blokundan ştatının Qanunverici Şurasının üzvü olub. 

Qaynar.info