Ölkə 23:19 29.11.2018

Muxtar Babayev Umayra Tağıyevaya yeni vəzifə verdi

Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev  nazirliyin  ekoloji təbliğat sektorunun müdiri Umayra Tağıyevaya yeni vəzifə verib.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki,  U.  Tağıyeva Milli Hidrometereologiya Departamentinin direktoru təyin olunub.

Qeyd edək ki, xanım Tağıyeva 2001-ci ildə  Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Nazirliyin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun direktoru, 2007-2009-cu illərdə Milli Hidrometereologiya Departamentinin direktor müavini, sonra Hidrometereoloji Proqnozlar Bürosunun direktoru vəzifəsində çalışıb. 

Xəbəri  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Unikal.org-a təsdiqləyiblər. 
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!