"Qardaş Azərbaycana sahib çıxmasaq, işğal edilmiş torpaqlarının azad edilməsi üçün çalışmasaq, Azərbaycana kim sahib çıxacaq?”

Qaynarinfo xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir Antalya və Alanyada hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyətçi Hərəkat Partiyasının (MHP) bələdiyyə seçkilərindəki namizədləri ilə keçirilən görüşə qatılıb. 

O, tədbirdəki çıxışınd b sözləri deyib: "Dünyanın hər yerində əcdadımızın buraxdığı əsərlər var. Bunlara sahib çıxmaq boynumuzun borcu deyilmi? Bu gün Qüds davasını bizdən, Türkiyədən başqa müdafiə edən varmı? Milli və müqəddəs mübarizələrimizə sahib çıxmalyıqın. Qardaş Azərbaycana biz sahib çıxmasaq, işğal edilmiş torpaqlarının azad edilməsi üçün çalışmasaq, qardaş Azərbaycana kim sahib çıxacaq? Biz Orta Asiyada türk birliyi ilə türk dünyasını birləşdirməsək, kim sahib çıxacaq".