Dünya 17:56 14.11.2017

Məşhur musiqiçi: "Myanma prezidenti ilə eyni mükafatı almaq utancvericidir"

İrlandiyalı musiqiçi Bob Qeldof Dublin Bələdiyyəsi tərəfindən verilən "Azadlıq mükafatı"nı geri qaytaracağını açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, musiqiçi Myanma prezidenti Aung San Suu Kyi ilə eyni mükafata sahib olmağın utancverici olduğunu deyib. Qeldof tərəfindən edilən yazılı açıqlamada bildirilir ki, Myanma rəhbərinin əməlləri hamını dəhşətə salır və utandırır.

Qeyd edək ki, Myanma hökümətinin terror qrupu kimi tanıdığı ARSA təşkilatına qarşı yay aylarında başlayan əməliyyatlar nəticəsində çox sayda müsəlman dinc əhali dünyasını dəyişib, 600 min nəfərdən çox insan yaşadıqları yeri tərk edərək Banqladeşə getmək məcburiyyətində qalıb. 

BMT tərəfindən etnik təmizləmə adlandırılan hadisə Nobel Sülh Mükafatının sahibi olan prezidentə qarşı beynəlxalq arenada bir çox etirazlara səbəb olmuşdu. İngiltərə Oksford Bələdiyyəsi Myanma liderinə 1997-ci ildə verdiyi "Azadlıq Mükafatı"nı ötən ay geri alıb.

Gülşən
Qaynarinfo.Az