Dünya 15:35 10.08.2019

Myanmada torpaq sürüşməsi: 34 ölü, 80 itkin var

Myanmada 34 nəfər torpaq sürüşməsinin qurbanı olub.

Qaynarinfo Channel News Asia-ya istinadən xəbər verir ki, güclü musson yağışlarından sonra Thae Pyar Kone qəsəbəsində baş verən sürüşmə zamanı 16 ev və bir kilsə torpaq altında qalıb. 

Ərazidə axtarış xilasetmə tədbirləri davam etdirilir. Rəsmilər 80 nəfərin itkin düşdüyünü güman edir.

Gülşən