Ölkə 15:41 18.05.2013

Nabi Avcı Bakıya gələcək

Gələn həftə Türkiyənin təhsil naziri Nabi Avcı Bakıya səfər edəcək.

Bu barədə APA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən bildiriblər. Məlumata əsasən, nazir mayın 20-21-də Bakıda keçiriləcək Qafqaz Universitetlər Birliyinin 3-cü konqresində iştirak edəcək. Həmçinin nazirin bir sıra rəsmi görüşlər keçirməsi də nəzərdə tutulub.

Qaynar.info