Bu gün müğənni Nadir Qafarzadə əməliyyat olunub. 

Qaynarinfo-nun Criminal.az-a istinadən məlumatına görə, əməliyyat Bakıdakı özəl klinikalardan birində həyata keçirilib.
 
Müğənninin özü də xəstəxanaya düşməsi ilə bağlı "Instagram” səhifəsində məlumat verib və oradan çəkilmiş fotosunu paylaşıb. "Göz pis şeydir. Allah hər kəsi pis gözlərdən qorusun. Yeni il mənə düşmədi”, - müğənni qeyd edib.

Lakin o,xəstəxanaya düşməsinin səbəbini açıqlamayıb.  

Sayta daxil olan məlumatda iddia olunur ki, N.Qafarzadə bu gün plastik əməliyyat keçirib. Əməliyyat zamanı onun dodaqlarındakı süni gel çıxarılıb, bundan başqa daha gənc görünmək üçün gözətrafı artıq ətlər götürülüb. Əməliyyatı uzman, plastik və estetik cərrah Dr. Mircəfər Seyid həyata keçirib. 
Məsələ ilə bağlı M.Seyid ilə əlaqə saxlamaq cəhdləri alınmayıb.

Klinikadan isə bildirilib ki, belə məsələlər barədə mətbuata açıqlama verilmir. 

Xatırladaq ki, Azərbaycan şou-biznesində plastik əməliyyat etdirən kişi müğənnilər var. Onlar arasında Rəhim Rəhimli, Faiq Ağayev, Samir Bağırov plastik əməliyyat etdirənlər sırasındadır. Hətta N.Qafarzadə mətbuata açıqlamasında plastik əməliyyat etdirdiyini gizlətməyib, əksinə '"mən sənət adamıyam, lazım gəlsə yenə etdirəcəyəm. Bu mənim şəxsi işimdir'” deyib.