Maqazin 10:02 23.03.2018

Nadir küsülü olduğu xalq artisti üçün verilişə gəldi

Xalq artisti Nazpəri Dostəliyeva ilə müğənni Nadir Qafarzadə arasında tac üstə qalmaqal yaşanmışdı. 

Qaynarinfo-nun axsam.az-a istinadən məlumatına görə, prodüser Tarix Əliyevin Nazpərinin başına tac qoymasına Nadir etiraz etmişdi. O, tacı yalnız xalq artisti İlhamə Quliyevaya yaraşdırdığını bildirib. 

Qafarzadə "5/5" verilişinə gələrək N.Dostəliyevaya barışıq əli uzadıb:

"Bizim barışığımız 8 Martda baş tutub. Ona zəng vurub, təbrik etdim. Barışanda sevinirəm ki, dava olmasın".
 
Nazpəri "Mənim reaksiyamı kim gördü? Kənarda dayanıb baxırdım. Tolik dedi ki, Nadir məndən inciyib. Nadirin səhvi o idi ki, orada mən var idim. Bunu nəzərə alardı. Bu gün hamı tacda gəzir. Mənlik heç nə yoxdur" sözlərini deyib.