Ölkə 11:40 13.12.2018

Nadir Qafarzadənin 100 min manatını oğurladılar

Müğənni Nadir Qafarzadənin evindən pul oğurlayıblar. 

Qaynarinfo "qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sənətçi "5-də 5” proqramına qonaq olarkən danışıb. 

O, bir müddət bundan əvvəl mənzilindən 100 min manata yaxın pul oğurladığını qeyd edib: "Pulumu oğurladılar. Evə kamera qoymamışam. Mən öncə bir xanımdan şübhələnmişdim. Sonra  bildim ki, o deyil. Zəng vurub üzr istədim, gözümlə görməmişəm, o dünyaya günah aparmaq istəmirəm. 100 min manata yaxın pulumu oğurladılar. Həyat yoldaşım mənə çox dəstək oldu, gecə yata bilmirdim, yuxu dərmanı qəbul edirdim. Əziyyətlə qazanılmış pullar idi. Hadisə təxminən 1 il yarım bundan əvvəl baş vermişdi”.