Maqazin 10:37 08.02.2018

Nadir Sərxanı məhkəməyə verir

Müğənni Nadir Qafarzadə ilə aparıcı Sərxan Kərəmoğlu arasında qalmaqal daha da böyüyüb.

Qaynarinfo-nun axsam.az-a istinadən məlumatına görə, ötən gün Qafarzadənin ünvanına tənqidlər səsləndirən aparıcıya qarşı tərəf cavab verib. Nadir bildirib ki, Kərəmoğlunu məhkəməyə verəcək. O, aparıcının tənqidlərinə heç bir cavab verməyəcəyini, məsələni hüquqi müstəvidə həll edəcəyini deyib.

N.Qafarzadə daha sonra S.Kərəmoğlu ilə bağlı sözügedən paylaşımını silib.

Qeyd edək ki, qalmaqal Nadirin xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyulmasına söz atması ilə başlayıb. Sərxan Nadirin sosial şəbəkədə yazdığı statusu ələ salıb. Daha sonra isə Nadir onun dünyasını dəyişmiş şəxsi (İlhamə Quliyeva nəzərdə tutulur – red.) ələ saldığını deyib. Kərəmoğlu isə N.Qafarzadəyə belə cavab verib:

"Nazpəri Dostəliyevanın başına tac qoyulanda İlhamə Quliyeva məsələsini ortaya atıb qalmaqal yaradan Nadir özü olub. Mən də "Evimin qonaqları" verilişimdə xəbəri oxuyanda Nadirin bu addımını pislədim. Götürüb mənim həmin videomu yayımlayıb və deyir ki, guya rəhmətə gedən İlhamə Quliyevanı ələ salmışam. İnsanlar da videoya baxmadan məni tənqdi edirlər. Deyir ki, rəhmətə gedən insanı ələ salıb. Demək, Nadir özünü rəhmətə getmiş hesab edir. Allah Nadirə heç rəhmət eləməsin. Necə İlhamə Quliyeva dünyasını dəyişəndə hamı onu pislədi, rəhmət oxunmadı, sən də elə olacaqsan. Heç olmasa İlhamənin sənəti var idi, sənin o da yoxdur.

Gedib bir adam dörd profil açıb məni söyür. Siz hamınız "atxodlarsınız, zibillərsiniz”. Nadir savadsızdır, bəs sizlərə nə olub? Savadınız olsaydı, videonu izləyərdiniz, həqiqəti görərdiniz. Nadirə isə yazığım gəlir, o adamın psixologiyası yerində deyil. Ölkədə ən çox səhv edən müğənnilərdəndir. Gedib toylarda döyülməsinin dərdini çəksin. Tüpürüm o pula ki, gedib toyda döyülüb, aldığım pulla ailə saxlayıram".