Video 19:10 30.03.2018

Naibə efirdə həyat yoldaşından danışıb ağladı (VİDEO)

ARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti aktrisa, Azərbaycanın əməkdar artisti Naibə Allahverdiyeva olub.

Qaynarinfo xəbər verir ki, əməkdar artist efirdə kövrələrək haqqında yayılan şayiələrə aydınlıq gətirib:

"Qoy məni öldürsünlər, amma bu cür yazıb mənə o ləkəni yaxmasınlar. Kim də yazırsa, onu Allaha tapşırıram. Guya mən kiminsə ailəsini dağıtmışam. Bu mənim üçün çox böyük ləkədir. Ola bilsin ki, bu bəzi insanlar üçün fərq etmir. Mənim özümün ailəm dağılıb, mən uşaq ikən atam-anam ayrılıb. Bunların hamısını yaşamışam. Hələ o ayrılıq kağızını görə-görə kəndə gedib qayınanamdan soruşdum ki, sənin oğlun doğrudanmı ayrılıb? Qaynanam mənə dedi ki, qızım bunlar 10 ildir ki, ayrılıb. Mən ondan sonra evlənmişəm onunla”.