İdman 16:54 18.11.2017

Naim Süleymanoğlu vəfat etdi

Dünya şöhrətli türkiyəli atlet Naim Süleymanoğlu dünyasını dəyişib.

"Qaynarinfo" "Hürriyet"ə istinadən xəbər verir ki, qaraciyər serrozundan əziyyət çəkən 50 yaşlı sabiq atlet 28 sentyabrdan bəri Memorial Ataşəhər Xəstəxanasında müalicə olunurdu. 6 oktyabr tarixində qaraciyər köçürülən Sümeymanoğlunun vəziyyəti ayın 11-də pisləşmiş və beyin qanaması səbəbilə əməliyyata alınmışdı. Bir qədər əvvəl onun ölüm xəbəri yayılıb.
 
23 yanvar 1967-ci ildə Bolqarıstanda doğulan Naim Süleymanoğlu kariyerası ərzində ağır atletika üzrə bir çox mükafatlara yiyələnib. 1988, 1992 və 1996-cı illərdə Yay Olimpiya Oyunlarının, 1985, 1986, 1989, 1991, 1993, 1994 və 1995-ci illərdə Dünya çempionatının qalibi olan atlet 1994 və 1995-ci illərdə Avropa çempionatının qızıl medallarını qazınıb.

Gülşən
Qaynarinfo.Az