İdman 14:03 06.10.2017

Naim Süleymanoğlu üçün qaraciyər tapıldı

Qaraciyər çatışmazlığından əziyyət çəkən məşhur türkiyəli atlet Naim Süleymanoğlu üçün uyğun donor tapılıb və sabiq idmançı əməliyyata alınıb.

"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, qaraciyər serrozu diaqnozu ilə bir müddətdir müalicə olunan atletin vəziyyəti 10 gün əvvəl daha da pisləşmiş və komaya düşmüşdü. 50 yaşlı Süleymanoğlunun xilası üçün tək yolun qaraciyər transplantasiyası olduğu bildirilmişdi. Sabiq atlet üçün axtarılan donorun onun yaxınları arasından tapıldığı və dünən yekun analiz və müayinələrin sona çatdığı deyilir.

Qeyd edək ki, xəstəliyini ictimaiyyətdən və bəzi ailə üzvlərindən belə gizlədən Naim Süleymanoğlunun vəziyyəti barədə digər atlet Xəlil Mutlu mediaya məlumat vermiş, bundan sonra hətta prezident Rəcəb Tayyib Ərdoğan da onun vəziyyəti ilə yaxından maraqlanmışdı.

Naim Süleymanoğlu ağır atletika üzrə Dünya və Olimpiya çempionu titullarının sahibidir.

Gülşən

Qaynarinfo.Az