İdman 14:36 08.08.2018

Naim Süleymanoğlunun yapon qızı olduğu sübut edildi (FOTO)

Dünya şöhrətli türkiyəli atlet Naim Süleymanoğlunun yapon qızı olduğu məlum olub.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, ötən ilin noyabrında dünyasını dəyişən atletin ölümündən sonra Sekai Mori adlı gənc qız Süleymanoğlunun onun atası olduğunu iddia etmişdi. DNT analizinin nəticəsinə görə Mori 99,9% Süleymanoğlunun qızıdır.
 
Atletin uşaqlarının sayı bununla 4 nəfərə çatıbı. Sekai Mori artıq Naim Süleymanoğlunun varislərindən biridir.

Qeyd edək ki, ağır atletika üzrə dünya çempionu statusunu qazanmış Naim Süleymanoğludan ümumi dəyəri 2 milyon türk lirəsi ola 4-5 daşınmaz əmlak qalıb. O, ölümündən 4 ay əvvəl sahib olduğu torpaq sahəsini 2 milyon lirəyə sataraq məbləği qardaşının hesabına köçürüb. Atletin pulun övladlarına qalmaması üçün belə addım atdığı iddia edilir.

Gülşən