Dünya 18:52 16.11.2017

NASA-dan həyacanlı açıqlama: İstanbuldan daha böyük...

NASA-nın Antarktidanın Larsen buz sahəsində apardığı araşdırmalar zamanı ortaya narahatlığa səbəb olacaq nəticələr çıxıb.
 
"Qaynarinfo” xəbər verir ki, mütəxəssislər buz sahəsindən trilyon ton ağırlığında nəhəng bir buz parçasının qopduğunu müəyyənləşdirib.
qopub.
 
P-3 Orion təyyarəsindən çəkilən şəkillər nəhəng buz dağının 5800 kilometrdən böyük bir ərazini tutduğunu göstərir. Bu isə İstanbulun ərazisindən daha böyük bir ərazi deməkdir.
 
"Super” buz kütləsinin hərəkəti yalnız elm adamlarının yox, dənizçiləri də narahat edir. Buz dağının qalınlığı ən az 190 metr, su üzərində qalan qisminin yüksəkliyi isə təxminən 30 metrdir. Kütlənin sadəcə kiçik bir parçası orta ölçülü bir gəmini batırmağa kifayət edər. Mütəxəssislər tərəfindən A-68 kod adı verilən kütlənin B-15 və C19A da daxil olmaqla bu günə qədər tarixə düşən ən böyük buz dağı olduğu söylənib.
 
Nərmin Həsənli
Qaynarinfo.Az