Dünya 16:30 22.07.2018

NASA Günəşə gəmi göndərir

"Parker Solar Probe" kosmik gəmisi 6 avqust tarixində Günəşə doğru yola çıxacaq.

Qaynarinfo xəbər verir ki, NASA-nın 1,5 milyard dollara başa gələn layihəsi olan "Parker Solar Probe" Günəşə 6,1 milyon km məsafəyə qədər yaxınlaşacaq və Günəşin necə isindiyini, bu ulduzun atmosferini və küləkləri araşdıracaq. Kiçik avtomobil ölçüsündə olan kosmik gəmi yüksək temperatur və radiasiyaya davamlıdır. Tədqiqat prosesi 7 il davam edəcək.
 
Qeyd edək ki, "Parker Solar Probe" Günəşə ən yaxın məsafəyə getmik kosmik gəmi olacaq. 

Gülşən