Dünya 11:57 12.08.2018

NASA "Parker Solar Probe"u Günəşə yola saldı

NASA "Parker Solar Probe" kosmik gəmisini Günəşə doğru səyahətə yola salıb.

Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, ötən gün göndərilməsi planlaşdırılan "Parker" kosmik gəmisində son dəqiqədə texniki problem yaşanmış, səfər təxirə salınmışdı. "Parker"in Günəşə bu günə qədər qeydə alınmış ən yaxın məsafə rekordunu qırması planlaşdırılır. 1,5 milyard dollara başa gələn kosmik gəminin 7 il ərzində Günəşin atmosferinə daxil olması, 6,16 milyon km yaxınlığına çatması gözlənilir.

Kosmik gəmi səyahəti ərzində 1370 dərəcə temperaturla üzləşəcək. "Parker" Günəşin Yerdəki hava proqnozlarına təsirini araşdıracaq.

Gülşən