Dünya 17:25 18.11.2018

NASA səsdən sürətli təyyarə istehsalına başladı

NASA dünyanın səsdən sürətli ilk şəxsi təyyarəsinin istehsalına başlayıb.

Qaynarinfo xəbər verir ki, "X-59" adlanan təyyarənin test uçuşları 2021-ci ildə başlayacaq. "Lockheed Martin" şirkəti ilə birlikdə həyata keçirilən layihə reallaşsa, səyahət müddətində ciddi azalma müşahidə ediləcək. Saatda 1512 km sürətlə hərəkət edəcək "X-59" ilə Nyu-York-London səfəri 9 saatdan 3 saata enəcək. 

Qeyd edək ki, daha əvvəl Fransa və İngiltərə səsdən sürətli "Concorde" təyyarəsinin istehsalına başlamış, 2000-ci ildə baş verən qəza layihənin təxirə salınmasına səbəb olmuşdu.

Gülşən