Dünya 17:54 19.04.2018

NASA "planet ovçusu" peykini yola saldı

NASA kosmosu analiz edəcək "Tess" peykini Floridadakı "Cape Canaveral" kosmik bazasından yola salıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, peyk Günəş sistemindən kənarda minlərlə planet tapmaq ümidilə göndərilib. "Tess" SpaceX" şirkətinin "Falcon 9" raketi ilə yola salınıb. Peykə 4 həssas kamera quraşdırılıb. Bu sistem vasitəsilə kosmosun kataloqu hazırlanacaq. 

Çox az yanacaqla onlarla il kosmosda qalacaq peyk "Kepler" teleskopu ilə eyni prinsiplə çalışacaq, lakin daha geniş ərazi nəzərdən keçiriləcək. 

Massaçusets Texnologiya İnstitutu tərəfindən reallaşdırılan layihə nəticəsində 2-3 min planetin tapılması hədəflənir. 

Gülşən