Maqazin 14:50 18.07.2017

Natavanın toyunda iştirak etməyən məşhurlar (SİYAHI)

Müğənni Natavan Həbibi də evli məşhurlar karvanına qoşulub. Çal-çağırlı toydan yerli şou-binzesin demək olar hamısı dəvətli olub. Barmaqla sayılacaq qədər məşhurlar isə toyda iştirak etmirdi.

"Qaynarinfo" azxeber.com-a istinadən toyda iştirak etməyən bəzi məşhuarın siyahısını təqdim edir.

Ağıllara ilk olaraq xalq artisti Aygün Kazımovanın adı gəlir. İki məşhur barışdıqlarını desələr də, Aygün Kazımova toyda iştirak etməyib. O hətta açıqlamalarının birində prodüser Toliklə bir yerdə Natavanın toyuna qatılacağını demişdi. Ancaq xalq artisti toyda gözə dəyməyib. 

Bir zamanlar "w-Trio" qrupunda bir yerdə ifa edən, yaxın rəfiqə olan Əməkdar artist Röya Ayxan da toyda iştirak etməyib. O bir müddət öncə həmkarının ünvanına xoş sözlər desə də, toya qatılmayıb. 

"Trio"nun daha bir ulduzu Elnarə Xəlilova da Natanın toyunda iştirak etməyib. Toy öncəsi Natavanla heç bir problemi olmadığını deyən Elnarə də Röya kimi toyu sosial şəbəkələrdən təqib edib.

Son açıqlamasında Natavanla barışmaq istəmədiyini deyən rəqqasə Oksana Rəsulova da müğənninin bu xoş gününə biganə yanaşıb. Onlar bir müddət əvvəl yaxın rəfiqə olsalar da, sonradan araları dəymişdi. 

Əkiz bacılar Sevil və Sevinc də Natavanın xoş günündə iştirak etməyiblər. Əkizlər toy günü vətəndən kənarda olublar.

Bir vaxtlar Natanın duet ortağı olan İzzət Bağırov və Elton Hüseynəliyev də toyda iştirak etməyib.

Qaynarinfo.Az