Maqazin 11:04 09.03.2018

Natavanla Dado barışdı (FOTO)

Reper Dado Əliyev müğənni həyat yoldaşı Natavan Həbibi ilə bağlı paylaşım edib.

Qaynarinfo xəbər verir ki, reper müğənninin 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edib. O, sosial şəbəkədə Natavanla fotosunu paylaşaraq "bayramın mübarək, Nat” yazıb. 

Bu paylaşımdan sonra bir çox şou əhli cütülüyü yenidən barışmaları münasibəti ilə təbrik edib.

Qeyd edək ki, Natavan Dadodan ayrıldığını ilk dəfə dekabrın əvvəlində elan etmiş, bir neçə həftə sonra yenidən barışmışdılar. Daha sonra isə Natavan ATV kanalında yayımlanan "Zaurla Günaydın” verilişində əri ilə birdəfəlik ayrıldığını demişdi.