Maqazin 16:41 09.12.2017

Natavanla Dado barışıb? (İDDİA)

Müğənni Lətifə Soyuöz boşanma ərəfəsində olan Natavan Həbibi və reper Dado Əliyevlə bağlı iddia irəli sürüb. 

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, "Günə son" verilişinə zəng edən Lətifə gecə saatlarında hazırda boşanma ərəfəsində olan Natavan və Dadonu birlikdə gördüyünü söyləyib:

"Natavanla ünsiyyətim yoxdur. Ötən gecə bir şey gördüm. Biz axşam saatlarına qədər işləyirik, evə gec gəlirik. Ona görə də çox vaxt dincəlməyə gecə 00:00-dan sonra gedirik. Gecə saat 00:30-da şəhərdə olanda gördüm ki, Natavan Dadoyla kinoteatra gəldi. İnsanların olmadığı vaxtda gəldilər. Evlilikləri saxta olsaydı, yenidən bir araya gəlməzdilər".

Qeyd edək ki, Natavan və Dado iyulda ailə qurub. Onların nikahının saxta olması xəbəri yayılmışdı.