Ölkə 12:28 12.12.2019

Natiq Məmmədov: "Nazirlər Kabinetində islahatlar davam edir"

"Hazırda Nazirlər Kabinetində aparılan islahatlar davam edir".

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti Aparat rəhbərinin müavini Natiq Məmmədov jurnalistlərə açıqlamasında deyib.

"Bildiyiniz kimi, ölkəmizdə islahatlar gedir. Nazirlər Kabinetində də islahatlar aparılır və struktur dəyişikliyi var. Proses davam edir", - N.Məmmədov vurğulayıb.