Dünya 09:58 28.06.2013

NATO-da Azərbaycanın sədrliyi ilə iclas

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahında Azərbaycanın sədrliyi ilə Enerji İnfrastrukturlarının Mühafizəsi üzrə Terrorizmə qarşı mübarizə işçi qrupunun Avro-Atlantika Tərəfdaşlıq Şurası formatında seminarı keçirilib. 

Аzərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, seminarda NATO üzv və tərəfdaş ölkələri və NATO Beynəlxalq Katibliyindən olan ekspert və nümayəndələr iştirak edib. Seminarın keçirilməsində məqsəd mühüm enerji infrastrukturlarının mühafizəsi üzrə ən yaxşı təcrübələr üzrə fikir mübadiləsi aparmaqdan ibarət idi. 

Qeyd edək ki, 2008-ci ildə yaradılmış bu işçi qrupuna sədrliyi NATO-da Azərbaycan həyata keçirir. İşçi qrupunun məqsədi mühüm enerji infrastrukturlarına qarşı risk və təhdidlərin qiymətləndirilməsi və mühafizə üzrə müzakirələrin aparılması və təcrübə mübadiləsindən ibarətdir. 


Qaynar.info