Ölkə 11:46 22.12.2017

Naxçıvana uçan təyyarə enmədən geri qayıtdı

"Azərbaycan Hava Yolları”nın (AZAL) Bakıdan Naxçıvana uçan J2 251 reysi Heydər Əliyev Hava Limanına geri qayıdıb.

Qaynarinfo xəbər verir ki, reys hava şəraitinin kəskin pisləşməsi (duman və məhdud görüntü) ilə əlaqədar təxirə salınıb.

Reyslərin qəbulunun mümkünlüyü haqqında təyinat təsdiq edildikdən sonra təyyarə yenidən yola düşəcək.