Ekonomiks 11:47 17.07.2019

Naxçıvandan Bakıya uçan təyyarə quşla toqquşdu

Bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən "Azərbaycan Hava Yolları”na məxsus "Airbus 320” təyyarəsi quş ilə toqquşub.

Qaynarinfo xəbər verir ki, bununla bağlı AZAL məlumat yayıb. 

Bildirilib ki, bu hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində keçib.

Qeyd edilib ki, təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur.