Bu gün Milli Məclisin plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin edilməsi məsələsinə baxılıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclis qərara alıb ki, 2018-ci il yanvarın 22-də səlahiyyət müddəti bitən Qabil Neymət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin. Təyinat ömürlük olub.
Qərar 2018-ci il yanvarın 22-də qüvvəyə minir.
Şərhlər