Foto 22:40 28.01.2018

Naxçıvanda "Kəklikotu" kino-komediyasının təqdimatı olub (FOTOLAR)

Naxçıvanda "Cinemazadeh" studiyasının istehsalı olan "Kəklikotu" kino-komediyasının təqdimatı olub.

"Report" xəbər verir ki, "Gənclik Mərkəzi"ndə baş tutan gecədə filmin yaradıcı həyəti iştirak edib. Onlar tədbirin qonaqları ilə şəkil çəkdirərək avtoqraf veriblər.

Təqdimatdan öncə filmin baş prodüseri Cəfər Axundzadə filmin ərsəyə gəlmə prosesindən danışaraq aktyorları tamaşaçıya təqdim edib. Daha sonra müğənni Dilarə Kazımova filmin musiqisini ifa edib.



Süjet xəttinə görə, meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satır. Sonradan məlum olur ki, kisədəki kəklikotu deyil, qurudulmuş marixuana olub. Məhz bu macəra, eləcə də peşəkar heyət filmin böyük tamaşaçı auditoriyası qazanmasına səbəb olub.

Ekran əsəri tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb.

Filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov kimi 20-dən çox tanınmış aktyor, müğənni və rejissor çəkilib.

Filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissorları Cəfər AxundzadəVüqar İslamzadə, ssenari müəllifləri Vüqar HüseynovTalıb Əhmədov, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Rüstəm Zeynalov, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüserləri Tural ƏsədovXətai Əlidir.