Ölkə 23:27 18.04.2018

Naxçıvanda nə qədər əhali yaşayır?

Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı açıqlanıb.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi 1 mart 2018-ci il tarixə muxtar respublikada əhalinin sayının bir il öncəyə nisbətdə 3 min 600 nəfər artdığını açıqlayıb.

Beləliklə, Naxçıvan əhalisinin sayı 453 min 600 nəfərə çatıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi 1 mart 2017-ci il tarixə muxtar respublikada əhalinin sayının 450 min nəfərə çatdığını açıqlayıb.