Ölkə 13:05 22.03.2018

Naxçıvanda Novruz bayramı bu gün qeyd olunur (SƏBƏB)

Azərbaycanın bəzi bölgələrində, xüsusən də Naxçıvan Muxtar Respublikasının bir çox yerlərində əhali Novruz bayramını bu gün qeyd edir.

Qaynarinfo xəbər verir ki, dünən bəzi yerlərdə 10-cu İmam Əliyyən Nəqinin şəhid olması günü ilə əlaqədar bayram təxirə salınıb.

Məlumata görə, bir qrup dini təriqət nümayəndəsinin yaydığı informasiya ilə əlaqədar əhali arasında fikir ayrılığı yaranıb. Belə ki, əhalinin bir qismi bayramı dünən qeyd etsə də, əksəriyyət Novruzu bu gün qeyd edir.
 
Bununla bağlı Qaynarinfo-ya açıqlama verən ilahiyyatçı Elşad Miri bu məsələlərin İslamla heç bir əlaqəsinin olmadığını vurğulayıb:
 
"Bu mövzulardan o qədər iyrənmişəm ki, ona görə kim nə vaxt, nə zaman istəyirsə, bayramı o zaman keçirsin. Bunlar İslama aidiyatı olmayan şeylərdir. Dediyiniz məsələnin İslamla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. İmamlar əsasən iranyönümlü tərəflərlə bağlı məsələdir. Naxçıvanda da bu mövzu həmişə aktual olub, görünür ki, indi daha aktualdır".
 
Çingiz Səfərli