Ölkə 19:37 18.06.2019

Naxçıvanda rəis təyinatı olub

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyinat olub. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 18-də bununla bağlı fərman imzalayıb.

Fərmanla Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.