Ekonomiks 13:16 16.10.2018

"NAZ Lifan"ın saytındakı problem aradan qaldırıldı (FOTOFAKT)

Naxçıvan Avtomobil Zavodunun rəsmi saytı ilə bağlı problemlə bağlı məlumat vermişdik. Belə ki, "naz.az" domeninə daxil olmaq istəyən internet istifadəçiləri "qiz.az" adlı çatla qarşılaşırdı.

Xəbər yayımlanandan sonra problem aradan qaldırılıb. Belə artıq "naz.az" domeninə daxil olanlar "qiz.az" çatı ilə qrşılaşmır. 

Bildirilir ki, "naz.az" artıq "NAZ Lifan"ın rəsmi saytı deyil və domen başqa şəxsin adınadır.

***
 
Naxçıvan Avtomobil Zavodunun rəsmi saytı olan "naz.az" saytına daxil olmaq mümkün deyil.

Qaynarinfo xəbər verir ki, sayta daxil olduqda avtomatik yönləndirmə ilə "qiz.az" çat saytı açılır.

Sözügedən saytın, yəni "naz.az"ın zavoda aid olduğuna dair şübhələrimiz olsa da, "Wikipedia" məlumatında zavodun rəsmi saytı yerində məhz bu ad qeyd olunub.
 
Görünən odur ki, rəhbərlik sosial şəbəkələrdə də heç bir hesabı olmayan zavoddan çoxdan əlini üzüb. 

Qeyd edək ki, 2017-ci ildə heç bir avtomobil istehsal etməyən Naxçıvan Avtomobil Zavodunun fəaliyyətini dayandıracağı iddia edilir.