Ölkə 20:18 14.07.2018

Nazir 19 nəfəri işdən çıxardı (ADLAR)

Vergilər naziri Mikayıl Cabbarov daha 19 nəfər vergi əməkdaşını tutduğu vəzifələrdən azad edərək sərəncama göndərib.

"Ölkə.Az"-ın əldə etdiyi məlumata görə, işdən çıxarılan işçilərin əksəriyyəti Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları olub. 

İşdən çıxarılan işçilərin siyahısını təqdim edirik:

Cavadov Rafael Rövşən oğlu - ədliyyə müşaviri,

Sadıqov Seymur Taleh oğlu - kiçik ədliyyə müşaviri, 

Sadıqov Anar Qasım oğlu - baş ədliyyə müşaviri, 

Əsgərov Arif Məcid oğlu - ədliyyə müşaviri, 

Nəsrullayev Sabir İlayət oğlu - ədliyyə müşaviri, 

Əliyev İlham Nəsrəddin oğlu - kiçik ədliyyə müşaviri,

Həsənov Kənan Kamandar oğlu - ikinci dərəcəli hüquqşünas, 

Məlikov Rafiq Camaləddin oğlu - birinci dərəcəli hüquqşünas, 

Quliyev Pərvin Məhiyəddin oğlu - baş ədliyyə müşaviri, 
Əfəndiyev Mahmud Seyfəddin oğlu - birinci dərəcəli hüquqşünas, 

Mirzəyev Timur Aqil oğlu - kiçik ədliyyə müşaviri, 

Mustafayev Ruslan Həsən oğlu - birinci dərəcəli hüquqşünas, 

Allahverdiyev Məzəddin Şiralı oğlu - birinci dərəcəli hüquqşünas, 

Hacıyev Anar Malik oğlu - birinci dərəcəli müfəttiş, 

İsgəndərov Şahin İsgəndər oğlu - kiçik ədliyyə müşaviri, 

Süleymanov Çingiz Süleyman oğlu - birinci dərəcəli hüquqşünas, 

Saniyev Elşən Fəxrəddin oğlu - kiçik ədliyyə müşaviri, 

Mahmudov Möhbalı Hüseynqulu oğlu - ədliyyə müşaviri, 

Quliyev Cabir Qurban oğlu - birinci dərəcəli hüquqşünas.